Yuxarı

Moskvanın Azərbaycan icması Qurban bayramını qeyd edir

Bayram namazını 400-dək insan Rusiyada İran səfirliyi nəzdində fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzində qılıb

Moskva. 1 sentyabr. REPORT.AZ/ Moskvanın Azərbaycan icması müsəlmanların müqəddəs Qurban bayramını qeyd edir.

"Report"un Rusiya bürosunun verdiyi xəbərə görə, ibadət üçün xüsusi yer olmadığından, soydaşlarımız Qurban bayramını müxtəlif yerlərdə keçirirlər. Bayram namazını 400-dək insan Rusiyada İran səfirliyi nəzdində fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzində qılıb.

İslam teoloqu Rəşid Talıbov bu bayramın ənənələrindən söz açıb və dünya müsəlmanlarına sülh arzulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi