Moskvanın Azərbaycan icması Qurban bayramını qeyd edir

Moskvanın Azərbaycan icması Qurban bayramını qeyd edir Bayram namazını 400-dək insan Rusiyada İran səfirliyi nəzdində fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzində qılıb
Diaspor
1 Sentyabr , 2017 10:24
Moskvanın Azərbaycan icması Qurban bayramını qeyd edir

Moskva. 1 sentyabr. REPORT.AZ/ Moskvanın Azərbaycan icması müsəlmanların müqəddəs Qurban bayramını qeyd edir.

"Report"un Rusiya bürosunun verdiyi xəbərə görə, ibadət üçün xüsusi yer olmadığından, soydaşlarımız Qurban bayramını müxtəlif yerlərdə keçirirlər. Bayram namazını 400-dək insan Rusiyada İran səfirliyi nəzdində fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzində qılıb.

İslam teoloqu Rəşid Talıbov bu bayramın ənənələrindən söz açıb və dünya müsəlmanlarına sülh arzulayıb. 

Son xəbərlər

Orphus sistemi