Yuxarı
    Bağlamaq

    Moskvada yaşayan azərbaycanlılar Kemerovoda yanğın nəticəsində həlak olanların xatirəsini yad edib - FOTO

    Şamil Tağıyev: Yalnız birləşərək biz bu cür faciələrin gələcəkdə qarşısını ala bilərik

    Moskva. 28 mart. REPORT.AZ/ Rusiyada yaşayan azərbaycanlılar prezident Vladimir Putinin Kemerovoda baş vermiş yanğın nəticəsində həlak olanlarla bağlı elan etdiyi ümumxalq matəmə qoşulublar.

    "Report"un Rusiya bürosu xəbər verir ki, Azərbaycan diasporunun 50-dək nümayəndəsi Moskvada Rusiya hökuməti nəzdində Kemerovo vilayətinin nümayəndəliyinin binası qarşısına gül dəstələri qoyub.

    Azərbaycan Mədəniyyətinin Dirçəlişi və İnkişafı Fondunun rəhbəri Şamil Tağıyev bildirib ki, Kemerovoda baş verən hadisələr milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün rusiyalıların faciəsidir: "Bu cür faciələrin baş verməməsi üçün yalnız birlikdə mübarizə aparmalıyıq".

    Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində, kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub.

    Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi