Yuxarı
    Bağlamaq

    ​İstanbulda DAK-ın XIII qurultayı keçirilir - FOTO

    Qurultay şəhidlərin xatirəsinin anılması və dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub

    İstanbul. 18 aprel. REPORT.AZ/ Bu gün Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) sayca XIII qurultayı işinə başlayıb. “Report”un əməkdaşı xəbər verir ki, qurultaya dünyanın bir çox ölkələrindən, xüsusilə ABŞ, Avstraliya, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Gürcüstan, Polşa, Çexiya, İraq, Şimali Kipr Türk Respublikası da daxil olmaqla qonaq və nümayəndə seçilib. Qurultayda Türkiyənin hakim elitasının – AKP-nin, aparıcı müxalifət partiyalarının - CHP, MHP-nin rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, ülkü ocaqlarının, bu ölkədə və dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Güney Azərbaycan qurumlarının təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının sədrləri, QHT rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər, ziyalılar və s. iştirak edirlər. Onların arasında MHP başqanının müavini, TBMM üzvü Atilla Kaya, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri, İraq Türkmən Yazıçılar Birliyinin sədri Əkrəm Fevzi Tərzioğlu, Qazaxıstandan Türkdilli Xalqlar Assambleyasının prezidenti Ermentay Sultanmurad və s. var.

    Qurultay Türk Dünyasının çeşidli bölgələrində şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla anılması, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi