Yuxarı

İsa Qəmbər

 - 

Müsavat Partiyasının sabiq başqanı



2014

Müsavat Partiyasının VIII qurultayında keçirilən başqanlıq seçkisində iştirak etməyib.

2003

2003-cü il Azərbaycanda prezidenti seçkilərində namizəd kimi çıxış edib.

1992

1992-ci ildə Müsavat Partiyasının Bərpa Mərkəzi yaradılıb və İsa Qəmbər ona rəhbərlik edib. 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib və o, partiyanın başqanı seçilib. İsa Qəmbər 18 may 1992-ci ildə Azərbaycan Ali Sovetinin sədri seçilib. 13 iyun 1993-cü ildə həmin vəzifədən istefa verib.

1989

16 iyul 1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü olub.

1974

1974-cü ildə Sergey Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə daxil olub və 1979-cu ildə oranı bitirib.

1957

İsa Yunis oğlu Qəmbərov 24 fevral 1957-ci ildə Bakıda doğulub.