Gürcüstanda koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırma kampaniyası gücləndirilir

Gürcüstanda koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırma kampaniyası gücləndirilir Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində yerli əhali arasında koronavirusla bağlı məlumatlandırma kampaniyası gücləndirilir.
Diaspor
24 Mart , 2020 14:35
Gürcüstanda koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırma kampaniyası gücləndirilir

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində yerli əhali arasında koronavirusla bağlı məlumatlandırma kampaniyası gücləndirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, xüsusi mobil qruplar sakinlərə etnik azlıqların dillərində məlumatlar təqdim edirlər: “Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Aparatı Azərbaycan və erməni dillərində çap materialları göndərəcək. Mobil qruplar məlumatlandırıcı vərəqə və plakatları əhali arasında yayacaqlar”.

Qubernator qeyd edib ki, ötən gündən ciddi karantin rejiminin tətbiq olunduğu Marneuli və Bolnisi rayonlarının əhalisi intensiv tibbi yoxlanışdan keçirilir. 

Son xəbərlər

Orphus sistemi