GAMK sədri: “Gürcüstanda marixuana ilə bağlı qanunun qəbulunda ictimaiyyətin mövqeyi nəzərə alınmalıdır”

GAMK sədri: “Gürcüstanda marixuana ilə bağlı qanunun qəbulunda ictimaiyyətin mövqeyi nəzərə alınmalıdır” Tbilisi. 20 sentyabr. REPORT.AZ/ “Gürcüstanda marixuananın yetişdirilməsinə icazə verilməsini nəzərdə tutan qanunun qəbulu məsələsində ictimaiyyətin mövqeyi nəzərə alınmalıdır”.
Diaspor
20 Sentyabr , 2018 13:34
GAMK sədri: “Gürcüstanda marixuana ilə bağlı qanunun qəbulunda ictimaiyyətin mövqeyi nəzərə alınmalıdır”
0 : 00
0 : 00

Tbilisi. 20 sentyabr. REPORT.AZ/ “Gürcüstanda marixuananın yetişdirilməsinə icazə verilməsini nəzərdə tutan qanunun qəbulu məsələsində ictimaiyyətin mövqeyi nəzərə alınmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev sentyabrın 20-də Tbilisidə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Gürcüstanın azərbaycanlı icmasının məsələ ilə bağlı mövqeyi yerli ictimaiyyətin mövqeyi ilə eynidir: “Dövlətin bu məsələdə vətəndaşların fikirlərini nəzərə alması çox vacibdir. Marixuana ilə bağlı qanunun qəbulundan sonra Gürcüstana qonşu ölkələrdən gələcək narkotik istifadəçilərinin sayının artacağı gözlənilir. Bu, Gürcüstanın imicinə mənfi təsir göstərəcək”.

Ə.Babayev son illər İrandan Gürcüstana narkotik qaçaqmalçılığının artıdığını qeyd edib. GAMK sədri Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsinə ehtiyacın olduğunu deyib. 

Son xəbərlər

Orphus sistemi