Almaniyada etnik xalqların ittifaq toplantısında Azərbaycan da təmsil olunub

Almaniyada etnik xalqların ittifaq toplantısında Azərbaycan da təmsil olunub Bakı. 19 oktyabr. REPORT.AZ/ Almaniyanın Maqdeburq şəhərində ölkədə yaşayan etnik xalqlar üzrə ittifaqın toplantısı keçirilib.
Diaspor
19 Oktyabr , 2018 13:09
Almaniyada etnik xalqların ittifaq toplantısında Azərbaycan da təmsil olunub
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Almaniyanın Maqdeburq şəhərində ölkədə yaşayan etnik xalqlar üzrə ittifaqın toplantısı keçirilib. 

“Report”un məlumatına görə, "Heydər Əliyev adına Dünya Boks Komitəsi"nin (“World Boxing Committee Haydar Aliyev-WBCA) və Almaniyada “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin sədri Yaşar Niftəliyev toplantıya qatılıb. O, təmsil etdiyi təşkilatlar adından ittifaq toplantısında iştirak edib. 

Toplantıda 2019-cu il üzrə etnik xaqların planları müzakirə edilib. Toplantıda etnik xaqların təşkilatlarının birgə layihələri də müzakirə olunub, birgə əməkdaşlıq ideyaları dəstəklənib. 

Y.Niftəliyev toplantıda çıxış edərək Azərbaycan diasporunun Almaniyada, xüsusilə də Avropada son aylar geniş vüsət alan fəaliyyətindən, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin bu məsələlərə böyük dəstəyindən bəhs edib.

Son xəbərlər

Orphus sistemi