Yuxarı
    Bağlamaq

    Ziyafət Əsgərov: “Həyata keçirilən tədbirlər nəticəsində ana və uşaq ölümünün səviyyəsi aşağı düşüb”

    “Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu bu qədər dərindən hiss olunmamışdı”© Report.az

    Bakı. 25 aprel. REPORT.AZ/ “Bu gün biz regional inteqrasiya proseslərinin geniş vüsət aldığı bir dünyada yaşayırıq. Yer kürəsinin müxtəlif bölgələrində mövcüd olan bir çox siyasi, iqtisadi, ekoloji və digər problemləri yalnız ölkələrin birgə səylərini birləşdirmək yolu ilə həll etmək mümkündür. Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu bu qədər dərindən hiss olunmamışdı. Düşünürəm ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin üzvü olan ölkələrin yerləşdiyi regiona da aid etmək olar”.

    “Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) (PM) Mədəniyyət, təhsil və sosial, məsələlər üzrə komitəsinin 48-ci iclasında Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

    O bildirib ki, komitənin gündəliyinə daxil olan mədəniyyət, təhsil, sosial məsələlələri nəinki Azərbaycan, ümumiyyətlə QDİƏT üçün və bu təşkilatın yerləşdiyi region üçün mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanda iqtisadi irəliləyiş, dövlətin iqtisadi potensialının artması, ökədə səhiyyənin inkişafı, insanların sağlamlığının qorunması problemlərinin davamlı həllinə imkan yaradıb. Bu dövrdə rayonlarımızda 500-dən artıq tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Tibb müəssisələrinin hər biri müasir texnika və avadanlıqla təchiz edilib. Bu dövrdə səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsait bir neçə dəfə artıb. Həyata keçirilən tədbirlər nəticəsində ana və uşaq ölümü səviyyəsi aşağı düşüb. Səhiyyə sistemində həyata keçirilən islahatların uğurla nəticələnməsi üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilib, beynəlxalq əməkdaşlığa üstünlük verilib. Xüsusilə də vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığını səhiyyədəki islahatlar bir daha təsdiq edir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi