Ziyafət Əsgərov: “Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər edilə bilər”

Ziyafət Əsgərov: “Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər edilə bilər” “Hətta Konstitusiyanın tələblərinə uyğun olaraq ayrı qanun qəbul edilməsi də mümkündür”
Daxili siyasət
13 Mart , 2017 15:26
Ziyafət Əsgərov: “Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklər edilə bilər”

Bakı. 13 mart. REPORT.AZ/ “Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilə bilər”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

“Hətta ola bilsin ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrı qanun da qəbul edilə bilər. Yaxud da Birinci vitse-prezident və ya vitse-prezident barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər. Yəni, hər şey mümkündür”.

Qeyd edək ki, bir müddət əvvəl prezidentin sərəncamı ilə Mehriban Əliyeva ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi