Yuxarı
    Bağlamaq

    Ziyafət Əsgərov: "Azərbaycan böhrandan çıxa bildi"

    Milli Məclis sədrinin birinci müavini: Dünyadakı iqtisadi böhranın mənfi nəticələri ölkəmizə az da olsa təsir etdi

    Bakı. 27 yanvar. REPORT.AZ/ "Dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi".

    "Report"un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən "İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri" adlı elmi-praktik konfransda deyib.

    O bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsində, möhkəmləndirilməsində gömrük orqanlarının əməyi böyükdür: "Gömrük sistemində təhlükəsizlik məsələsi çox mühümdür. Azərbaycanda bu sahədə xeyli işlər görülüb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi