Zaqatalada Gənclər Günü qeyd olunub ​

Daxili siyasət
  • 02 fevral, 2022
  • 15:26
Zaqatalada Gənclər Günü qeyd olunub  ​

2 fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbir Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Müzəffər Xalqın Gəncləri" adı altında baş tutub.

​Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı​ Mübariz Əhmədzadə, şəhər ziyalıları, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.

Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Gəncləri təbrik edən Mübariz Əhmədzadə ölkədə həyata keçirilən gənclər siyasətindən söz açıb. O bildirib ki, bu əlamətdar tarixi gün ümummilli liderimizin adı ilə bağlıdır. Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin zəruri qanunverici bazasının formalaşmasını təmin edib. Ümummilli liderin​ formalaşdırdığı gənclər siyasəti bu gün də öz töhfəsini verməkdədir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə gənclərin fərdi inkişafına təkan verən dövlət proqramları qəbul edilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri sosial həyatın bütün sferalarında təmsil olunur və özlərini doğruldurlar. Ölkədə aparılan islahatlar innovativ düşüncəyə malik, savadlı gənclərin yetişməsini tələb edir. Bu baxımdan gənclərdə sosial məsuliyyət hissini, onların fəallığını artırmaq, gəncliyin potensialından səmərəli istifadə etmək məqsədilə bir sıra addımlar atılır.

Tədbirdə müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup gənc fəxri fərmanlarla təltif edilib.