Zakir Qaralov Yevlaxda vətəndaşları qəbul edib

Zakir Qaralov Yevlaxda vətəndaşları qəbul edib Görüşdə cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib
Daxili siyasət
9 Dekabr , 2016 16:31
Zakir Qaralov Yevlaxda vətəndaşları qəbul edib

Bakı. 9 dekabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşları qəbul edib.

Azərbaycan respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, qəbul rayon prokurorluğunun inzibati binasında olub.

Qəbulda Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda bölgədə yaşayan 26 vətəndaşın müraciətində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilibr.

Vətəndaşların ərizə və şikayətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi