Yuxarı

Zakir Qaralov Biləsuvarda vətəndaşları qəbul edəcək

Qəbul martın 30-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında olacaq

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov martın 30-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə "Report"a Prokurorluqdan məlumat verilib. 

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Biləsuvar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi