Yuxarı

​Asim Mollazadə yenidən partiya sədri seçilib

Demokratik İslahatlar Partiyasının V qurultayı keçirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Demokratik İslahatlar Partiyasının V qurultayı keçirilib.

"Report"un xəbərinə görə, qurultayda partiyanın 55 rayon şöbəsindən 126 nəfər nümayəndə iştirak edib.

Partiya sədri Asim Mollazadə partiyanın qurultaylararası dövrdə fəaliyyəti ilə bağlı hesabat verib. O, ölkədəki ictimai-siyasi duruma, təhsil, səhiyyə, mədəniyyət, gənclər və qadınlarla bağlı problemlərə, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətinə, Azərbaycanın xarici siyasətinin prioritetlərinə toxunub. 

O, DİP-in ötən dövr ərzində ölkənin həyatında vacib rol oynayan layihələri, keçirdiyi tədbirlər barədə məlumat verib. A.Mollazadə, həmçinin partiyanın qanunvericilik sahəsindəki təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb.

Partiya nizamnaməsinin tələbinə uyğun olaraq, qurultay partiya sədrini, Siyasi Şura və Mərkəzi Təftiş Komissiyasının üzvlərini yenidən seçib. Nazim Abdullayev partiya sədrliyinə Asim Mollazadənin namizədliyini irəli sürüb. Asim Mollazadə yenidən partiyanın sədri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi