Yuxarı

Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi ilk oxunuşda qəbul olunub

Layihə təsdiqlənərsə, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi layihəsi müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, yeni İnzibati Xətalar Məcəlləsi 40 fəsil, 608 maddədən (əvvəlki 35 fəsil, 458 maddə idi) ibarətdir. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, layihə təsdiqlənərsə, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi