Yuxarı

YAP 84 rayon və şəhərdə seçki qərargahı yaradıb

Hər seçki qərargahının təxminən 10-25 arası üzvü var

Bakı. 12 avqust. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı ölkə üzrə 84 rayon və şəhərdə seçki qərargahı yaradıb. 

Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, 125 seçki dairəsini əhatə edən 84 rayon və şəhərdə YAP-ın Mərkəzi Seçki Qərargahının yerli şöbələri yaradılıb: "Artıq seçki qərargahlarının üzvləri müəyyənləşib, onlara treninqlər keçirilib, iş bölgüsü aparılıb. Həmçinin onların hansı funksiyaları yerinə yetirilmələri ilə əlaqədar işlər gedir. Gələn həftə ərzində işlər tam yekunlaşacaq. Eyni zamanda, imza toplayan şəxslər müəyyənləşib və onlara treninqlər keçirilir". 

S.Novruzov bildirib ki, hər seçki qərargahının təxminən 10-25 arası üzvü var: "Amma bu göstərici rayondan asılı olaraq dəyişə də bilər. Hakim partiyanın Mərkəzi Seçki Qərargahı da fəaliyyətə başlayıb". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi