YAP Siyasi Şurasının üzvü: “Heydər Əliyevin hərbi xidmət keçməsi cəmiyyət üçün örnəkdir”

YAP Siyasi Şurasının üzvü: “Heydər Əliyevin hərbi xidmət keçməsi cəmiyyət üçün örnəkdir” Bakı. 17 sentyabr. REPORT.AZ/ / “Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmət keçməsi cəmiyyət üçün örnəkdir. O, bir gənc olaraq vətən qarşısında borcunu sədaqətlə yerinə yetirir. Bu, gənclər üçün örnək, nümunədir”.
Daxili siyasət
17 Sentyabr , 2018 13:58
YAP Siyasi Şurasının üzvü: “Heydər Əliyevin hərbi xidmət keçməsi cəmiyyət üçün örnəkdir”

Bakı. 17 sentyabr. REPORT.AZ/ / “Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər  Əliyevin hərbi xidmət keçməsi cəmiyyət üçün örnəkdir. O, bir gənc olaraq vətən qarşısında borcunu sədaqətlə yerinə yetirir. Bu, gənclər üçün örnək, nümunədir”.

Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, bu, həm də Əliyevlər ailəsinin Azərbaycan dövlətinə bağlılığını göstərir: “Heydər  Əliyev Azərbaycan gəncinin nümunəvi obrazıdır. O, tələbəlik illərində də nümunəvi olub. Azərbaycan gənci Vətənə, torpağa bağlıdır. Cəmiyyətimiz Heydər  Əliyevin hərbi xidmətə getməsini müsbət qarşıladı. Bu hadisə cəmiyyətdə müsbət aura yaradıb”.

Deputat vurğulayıb ki, Azərbaycanın hər bir gənci Vətənə sədaqətlə xidmət edir, ona görə də ordu günü-gündən güclənir: “Azərbaycan ordusu 1990-cı illərin əvvəllərindəki səviyyədə deyil, ordumuz xeyli qüdrətlənib. Ordumuz istənilən an Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək gücündədir”.

Xatırladaq ki, sentyabrın 16-da Azərbaycan Prezidentinin oğlu Heydər  Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində Vətənə sədaqət andı içib. Prezident, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi