YAP Şəmkir rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

YAP Şəmkir rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün 6 nəfər nümayəndə müəyyənləşdirilib
Daxili siyasət
29 İyul , 2016 13:33
YAP Şəmkir rayon təşkilatında referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb

Bakı. 29 iyul. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası(YAP) Şəmkir rayon təşkilatında Konstitusiyada dəyişikliklər edilməsi ilə əlaqədar referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması və referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələrin müəyyən edilməsi ilə əlaqədar olaraq yığıncağ keçirilib.

YAP-ın mətbuat xidmətindən "Report"a bildirilib ki, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Konstitusiyaya təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verərək, bu dəyişikliklərin ölkəmiz üçün əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, ölkəmiz inkişaf etdikcə Konstitusiyaya müvafiq dəyişikliklərin və əlavələrin olunması zəruriyyəti yaranır.

F.Vəliyev daha sonra referendum üzrə ilkin təşəbbüs qrupunun yaradılması barədə məlumat verib.

YAP Şəmkir rayon təşkilatı İdarə heyətinin üzvü Abdulla Rzayev, YAP Şəmkir rayon təşkilatı İdarə heyətinin üzvü Vüqar Alıyev və başqaları bildiriblər ki, bu gün xalq Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənib, müdafiə edir: "Əminik ki, "Yeni Azərbaycan" təşəbbüs qrupunun apardığı işlər öz uğurlu nəticəsini verəcək və seçicilərin böyük əksərriyəti Konstitusiyaya təklif olunan dəyişikliklərə müsbət yanaşacaq.

Çıxışlardan sonra 63 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və "Yeni Azərbaycan" təşəbbüs qrupunda təmsil olunmaq üçün 6 nəfər nümayəndə müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi