Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb

Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.
Daxili siyasət
1 May , 2024 14:44
Ötən ay azad edilmiş ərazilərdə 332 mina aşkarlanıb
Mina

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

Bu barədə “Report”a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Məlumata əsasən azad olunan ərazilərdə ötən ay ərzində 141 tank əleyhinə mina, 191 piyada əleyhinə mina, 2502 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 6038.9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Son xəbərlər

Orphus sistemi