YAP rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

YAP rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər
Daxili siyasət
11 Dekabr , 2015 11:29
YAP rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. 11 dekabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.

"Report" xəbər verir ki, ziyarətdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü  Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, baş nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov, Bakı şəhər İcra Hakimiyyətini başçısı, YAP İdarə Heyətinin üzvü Hacıbala Abıtalıbov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhhərmov, deputatlar, YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Bakının bəzi rayonlarının icra hakimiyyətinin başçıları və digər şəxslər iştirak ediblər. 

YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi