Yuxarı

YAP parlament seçkilərinə hazırlıq məsələlərini müzakirə edib

Seçkilərə yüksək səviyyədə hazırlıq partiyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, müşavirədə YAP Gənclər Birliyinin konfransına və qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub.

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov hər iki məsələnin partiya üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Parlament seçkilərinin ilin sonlarına təsadüf etdiyini deyən Əli Əhmədov buna baxmayaraq, seçkilərə xeyli əvvəldən hazırlıq prosesinin başlanmasının YAP üçün ənənə halını aldığını vurğulayıb. YAP sədrinin müavini deyib ki, seçkilərə yüksək səviyyədə hazırlıq partiyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir.

Ötən ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərinin nəticələri haqqında fikirlərini bildirən Əli Əhmədovun sözlərinə görə, YAP digər bələdiyyə seçkiləri ilə müqayisədə ən yüksək nəticəni bu dəfə əldə edib. Onun fikrincə, bu yüksək nəticənin qazanılmasının başlıca səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan xalqı tərəfindən dəstəklənməsidir. Əli Əhmədov son bələdiyyə seçkilərində YAP rayon və şəhər təşkilatlarının fəallığını da xüsusi qeyd edib.

Müşavirədə YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi