YAP İdarə Heyətinin iclası keçirilib

YAP İdarə Heyətinin iclası keçirilib Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.
Daxili siyasət
706
10 Sentyabr , 2021 16:50
YAP İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda partiyanın Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələri təsdiq edilib.

Toplantıda YAP Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşov partiya sıralarından xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

Daha sonra isə partiya rayon təşkilatlarına sədrlər təyin olunub.

Toplantı YAP İdarə Heyətinin üzvlərinin çıxışları ilə başa çatıb.

15:00

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.

"Report"un xəbərinə görə, onlayn qaydada keçirilən toplantının gündəliyinə 7 məsələ daxil edilib.

İclasda sosial şəbəkələrdə əxlaqsız videogörüntüləri yayılan YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun partiyadan xaric edilməsi, Gənclər Birliyinin Əsasnaməsinin təsdiq olunması, partiyanın rayon təşkilatlarının yeni sədrlərinin təyin olunması və s. məsələlərə baxılacaq.

Partiyanın İdarə Heyətinin tərkibinə aşağıdakı şəxslər daxildir:

1. Əliyev İlham Heydər oğlu

2. Əliyeva Mehriban Arif qızı

3. Talıbov Vasif Yusif oğlu

4. Rəhimzadə Arif Qafar oğlu

5. İbrahimov Eldar Rza oğlu

6. Zabelin Mixail Yuryeviç

7. İsmayılov Amin İsmayıl oğlu

8. Əhmədov Əli Cavad oğlu

9. Qurbanlı Mübariz Qəhrəman oğlu

10. İsgəndərov Anar Camal oğlu

11. Əliyev Rauf Asif oğlu

12. Əzizov Eldar Əziz oğlu

13. Quliyev Musa İsa oğlu

14. Muradova Bahar Əvəz qızı

15. Muradov Ədalət Cəlal oğlu

16. Sadıqov Elnur Məhəmməd oğlu

17. Cahangirov Tofiq Şahmur oğlu

18. Budaqov Tahir Yaqub oğlu

19. Məmmədov Hikmət Baba oğlu

20. Badamov Azər Camal oğlu

21. Sofiyeva Aynur Məmmədiyyə qızı

22. Hüseynov Ramiz Ağəli oğlu

23. İbrahimov Fuad Natiq oğlu

24. Qasımov Elmar Eldar oğlu

25. Mahmudov Rəşad Məhəmmədqulu oğlu

26. Osmanov Cavid Həmid oğlu

27. Kərimzadə Pərvin Orxan qızı

28. Cəfərov Samir Qadir oğlu

29. Əsgərli Asif Məmməd oğlu

30. Mirkişili Tahir Famil oğlu

31. Elşad Mirbəşir oğlu

32. Akimova Elnarə Seydulla qızı

33. Əsgərov Vazeh Eldəniz oğlu

34. Məmmədov Ramin Ələmşah oğlu

35. Sucayev Əfsun Rəzzaq oğlu

36. Həmzəyeva Ülviyyə Tapdıq qızı

37. İsmayılov Şahin Əmir oğlu

38. Bayramov Rövşən Cənnət oğlu

39. Aslanov Bayram Mirazim oğlu

40. Cəfərov Kamal Xaqani oğlu

Son xəbərlər

Orphus sistemi