YAP-da rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

YAP-da rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.
Daxili siyasət
30 Noyabr , 2019 15:44
YAP-da rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

YAP-ın Mətbuat Xidmətindən "Report"a daxil olan məlumata görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri həyata keçirib.

Müşavirədə seçkilərə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.

Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə tövsiyə və tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi