​Ellada Məmmədli: "Nə qədər ki Hacılı qardaşları Müsavat Partiyasındadır, yalan ayaq tutub yeriyəcək"

​Ellada Məmmədli: "Nə qədər ki Hacılı qardaşları Müsavat Partiyasındadır, yalan ayaq tutub yeriyəcək" "Xaricə gedənlərə "yaşıl işıq" yandırıb təşkilatı qazanc mənbəyinə çevirənlər mənə riyakar deyirlər?"
Daxili siyasət
18 May , 2015 08:41
​Ellada Məmmədli: Nə qədər ki Hacılı qardaşları Müsavat Partiyasındadır, yalan ayaq tutub yeriyəcək

Bakı. 18 may. REPORT.AZ/ "Müsavat rəhbərliyi iddia edir ki, Xətai rayon təşkilatının 55 üzvünün istefasını mən təşkil etmişəm. Təşkilatı quranlar, illərini Müsavata verənlər, məhrumiyyətlərə dözənlər mənim deməyimlə istefa verdilər? Bunu uyduranlar, dedikləri yalana inanırlar?". "Report"un məlumatına görə, Müsavatdan kənarlaşdırılan partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli belə deyib.

O bildirib ki, istefa verənlər yeni rəhbərliyin avtoritar idarəçiliyinə, daxildə demokratiyanı boğmasına, partiyanı uçuruma sürükləməsinə etiraz edərək bu addımı atıblar: "İstefa verənlərin doqquz nəfər olduğunu, onlardan birinin dünyasını dəyişdiyi qeyd edirlər. Faktları varsa, dünyasını dəyişənin adını açıqlasınlar. Dedikləri yalandır və isbatı da yoxdur. Nə qədər ki Hacılı qardaşları Müsavat Partiyasındadır, yalan ayaq tutub yeriyəcək. Rayon təşkilatının varlığından xəbəri olmayanlar, özək üzvlərini tanımayanlar, xaricə gedənlərə "yaşıl işıq" yandırıb təşkilatı qazanc mənbəyinə çevirənlər mənə riyakar deyirlər?".

Xatırladaq ki, Müsavat Partiyası Xətai rayon təşkilatının şura iclasında E.Məmmədlinin partiyadakı fəaliyyəti müzakirə edilib. O, partiya rəhbərliyinə qarşı addımlar atmaqda, Nizamnamə qaydalarını pozmaqda, Müsavatdakı istefaları təşkil etməkdə günahlandırılaraq şuranın qərarı ilə partiya sıralarından xaric edilib.

Son xəbərlər

Orphus sistemi