Xüsusi məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sayı müəyyənləşib

Xüsusi məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sayı müəyyənləşib Sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
28 Fevral , 2018 11:17
Xüsusi məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sayı müəyyənləşib

Bakı. 28 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları”nı təsdiqləyib.

“Report”un xəbərinə görə, sənədi Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, xüsusi məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sayı aşağıdakı kimi müəyyənləşdirilir:

1.Kor uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6,

2.Zəifgörən, çəpgöz və ambliopiyalı uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6,

3.Kar uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6,

4.Zəifeşidən uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 8,

5.Nitqi ümumən inkişaf etməyən uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 10,

6.Kəkələyən uşaqlar 3-7 yaşadək 10,

7.Nitqi fonetik cəhətdən inkişaf etməyən uşaqlar 3-7 yaşadək 12,

8.Əqli cəhətdən geri qalan uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6

9.Dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları olan uşaqlar 1-3 yaşadək 6, 3-7 yaşadək 6

10.Mürəkkəb çatışmazlıqları olan uşaqlar 3-7 yaşadək 6.

Bu standart tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün xüsusi məktəbəqədər təhsil müəssisələrinə şamil edilir.

Son xəbərlər

Orphus sistemi