Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarını uğurlu dəf etməsi, düşmənə güclü zərbələr endirərək qələbələr qazanması xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu münasibətlə vətəndaşlar Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.
“Report” xəbər verir ki, məktublarda Azərbaycan Ordusuna dəstək ifadə olunur.
Rusiyanın Vladimir şəhərindən Təranə Xəlilova Prezidentə yazıb: "Əziz Prezidentimiz, Sizə olan minnətdarlığımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sizin gördüyünüz işin dəyəri olduqca böyükdür. Bu günlərdə özümü çox xoşbəxt hiss edirəm. Bu Sizin sayənizdədir. Allah Sizi, bütün ailə üzvlərinizi qorusun. Mən Qarabağ bölgəsində doğulmasam da, bütün bu illər ərzində oranın işğal altında olması daim səadətli anlarıma kölgə salıb. Allah Sizin kölgənizi Azərbaycanın başı üzərindən əskik etməsin. Sizə nə qədər təşəkkür etsəm, yenə də azdır. Çox sağ olun. Nə yaxşı ki, varsınız".
Almaniyanın Köln şəhərindən Rəşad Quliyev də Prezidentə öz minnətdarlığını çatdırıb: Hörmətli cənab Prezident, Sizin komandanlığınızla rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi üstünlüklər və qələbə xəbərləri Dünya Azərbaycanlıları Assambleyası üzvlərini də son dərəcə sevindirir. İllərdir həyata keçirdiyiniz uğurlu xarici siyasətiniz bu gün də öz bəhrəsini verir. Biz də dünya azərbaycanlıları olaraq bu siyasətinizi dəstəkləyirik və bu yolda üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qeyd etmək istərdim ki, biz də öz növbəmizdə Ermənistanın işğalçılıq siyasətini, vandalist rəftarını, terrorçu və antihumanist addımlarını dünya ictimaiyyətinə çatdırırıq. Son günlərdə informasiya müharibəsi zəminində bu təşəbbüslərimizi intensivləşdirmişik. Nəzərinizə çatdırmaq istərdim ki Sizin "Qarabağ Azərbaycandır!" şüarınız beynəlxalq aləmdə devizimizə çevrilib. Dünya azərbaycanlıları yekdilliklə Sizin arxanızdadır. Hörmətli cənab Prezident, dünya azərbaycanlıları birmənalı şəkildə Sizin mövqeyinizi dəstəkləyir və erməni işğalçılar işğal olunmuş əraziləri tərk etməyənədək durmaq yox, ancaq irəli getmək lazımdır".
Qazaxıstanın Almatı şəhərində isə Qəhrəman Sadiyev bildirib: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, biz xaricdə yaşayan azərbaycanlılar son günlərdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarında Sizin rəhbərliyinizlə ordumuzun terrorçulara qarşı apardığı mübarizədə Sizi dəstəkləyirik. Uzun illər düşmən tapdağı altında inləyən torpaqlarımızın azad olunması naminə apardığınız ədalətli mübarizədə Sizinləyik və hər zaman Sizin yanınızda olduğumuzu bəyan edirik. Qürurla, mətanətlə döyüşməyə, torpaqlarımızı düşmənlərdən azad etməyə son damla qanımıza qədər hazırıq".
Təl-Əviv şəhərindən David Rafaeli yazıb: "Hörmətli cənab Prezident, 2019-cu ildə ölkənizə səfərim zamanı Azərbaycanın güclü və qüdrətli ölkəyə çevrilməsi istiqamətində hər yerdə mərhum atanızın əməyini və hazırda Sizin səylərinizi gördüm ki, bunu da çox yüksək qiymətləndirirəm. Səfərim zamanı çox zəngin tarixə və mədəniyyətə sahib bir ölkə gördüyüm üçün xoşbəxt idim. Azərbaycanda İsrail Dövlətinə və yəhudi icmasına qarşı gördüyüm xoş münasibətə görə, cənab Prezident, Sizə xüsusi təşəkkür edirəm. Bütün bu faktlar məndə Azərbaycan və onun vətəndaşları haqqında yalnız müsbət fikirlər yaradıb. Sizə və ailənizə cansağlığı və xoşbəxtlik arzulayır, Tanrıdan torpaqlarınızın müharibələr olmadan tam sülh şəraitində Azərbaycan ərazisinə qayıtmasını diləyirəm. Bir daha təşəkkür edirəm".
Lənkərandan Elxan Mahmudov Prezidentə bu məktubu sevinc və vüqardan qəhərlənərək yazıb: "Lovğalanaraq “biz qalib millətik, bizim qurduğumuz istehkamları dünyanın heç bir ordusu dağıda bilməz” deyən erməni dığalarına sentyabrın 27-də Azərbaycan Ordusu layiqli cavab verdi. Düşmənin ağızdolusu danışdığı istehkamlar qısa müddətdə darmadağın edildi, bir sıra kəndlərimiz işğaldan azad olundu.Xalq Sizin arxanızdadır, cənab Prezident. Xalq Sizin iradənizə, mətnliyinizə güvənərək son damla qanına qədər vuruşmağa hazırdır. Bu xalqın qəlbində Sizin heykəliniz ucalmışdır.Zəfər bizimlədir.
Qarabağ Azərbaycandır!"
Qusardan Yuri Kərimov da Prezidentə öz dəstəyinii ifadə edib:"Cənab Ali Baş Komandan, bu gün doğma torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsi üçün verdiyiniz əmr şanlı Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlarla başa çatdırılır. Düşmənin ordusu darmadağındır, onlarla döyüş texnikaları məhv edilir. Biz qusarlılar inanırıq ki, Azərbaycan xalqının 30 illik nisgilinə Sizin rəhbərliyinizlə son qoyulacaq və bütün torpaqlarımız işğaldan azad ediləcək. Gələcək nəsillərin xoşbəxtliyi üçün atılan bu addım xalqımız tərəfindən böyük qələbə sevinci ilə qeyd ediləcəkdir. Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli zəfər çalacaq. Bu zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır. Bugünkü müqəddəs işinizdə Ulu Tanrı Sizə yardımçı olsun. Allah Sizi qorusun!"
Zaqatala şəhərindən Şəfa Əmirxanova Prezidentə bu gün Azərbaycan xalqına yaşatdığı qürura görə minnətdarlığını bildirib: "Sizin verdiyiniz hər bir əmri, tapşırığı dəstəkləyirik. Çünki, bütün bunlar Azərbaycanın mənafeyinə xidmət edir, bizi uğurlara daşıyır. Azərbaycan xalqının birliyi, Ordumuzun qüdrəti qarşısında düşmən tab gətirə bilməz. Son günlər cəbhədə baş verən döyüşlər bunu bir daha sübut etdi.Torpaqlarımızın azadlığı yolunda hər birimiz canımızı verməyə hazırıq.
Şüarımız birdir: Qarabağ Azərbaycandır!"
Şamaxıdan Sərvan İsmayılov yazıb: " Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək mümkündür. Bu cür mükəmməl, bu cür nizami Ordunun yaranması Sizin qətiyyətinizin, mahir komandanlıq istedadınızın nəticəsidir. Əziz Prezidentimiz, bu haqq yolunda Sizə və şanlı Ordumuza uğurlar arzu edir, dualarımızın Sizinlə olduğunu bildirirəm. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz işlər tarix dərsliklərində əsrlər boyu öyrəniləcəkdir".
Bakı şəhərindən isə Alışan Süleymanov bildirib: "Hörmətli cənab Prezident, Vətənimizin müstəqilliyi və bütövlüyü uğurunda zəhmətiniz hədsizdir.Erməni qəsbkarları tərəfindən ölkəmizin işğal altına salınmış torpaqlarının azad edilməsi üçün Sizin prinsipiallığınız xalqımızı ruhlandırır, sevindirir. Qarabağı erməni əsarətindən qurtarmaq barədə əzmkarlığınız və siyasi döyüşkənliyiniz bizim xoşbəxtliyimizdir, qürurumuzdur.Allah Sizi, Ordumuzu, xalqımızı sevindirsin.
Tanrı Sizə, Ordumuza və xalqımıza yar olsun".
Bərdədən İlham Mustafayev Prezidentin erməni işğalçılarına qarşı apardığın haqq mübarizəsini dəstəkləyir, Azərbaycan xalqına qələbə arzulayır: "Ağdam rayonundan məcburi köçkün kimi tezliklə öz doğma torpaqlarımıza qayıdacağımız anı həsrətlə gözləyirəm.Tanrı tezliklə qələbə gününü qeyd etməyi bizə nəsib etsin. Sizə, Ordumuza və xalqımıza güvənirəm".
Ağcabədidən Yusif Qəhrəmanov Prezidentə yazıb: " Sizin qətiyyətinizlə yazılan yeni tarix həm də dünyanın axarını dəyişəcək. Hamı hadisələrə yeni gözlə baxacaq. Ləyaqətli, ədalətli, sülhsevər Azərbaycanı dəstəkləyən ölkələr haqqın harada olduğunu bilirlər. Bir vətəndaş kimi yaşadığımız hisslərə görə Sizə minnətdarlığımı bildirirəm. 30 illik həsrətimizə son qoyaraq torpağlarımızı düşmənlərdan aldınız.Sizi və Azərbaycan xalqını təbrik edirəm".
Saatlıdan isə Vüqar Məmmədov yazıb: " 30 ilə yaxın bir zamandır ki, hamımızın nigaranlıqla və həsrətlə, lakin böyük ümidlə gözlədiyimiz bu günləri bizlərə yaşatdığınız üçün Sizə böyük minnətdarlığımı və təşəkkürümü bildirirəm. Siz, şanlı müzəffər ordumuzla birgə tarix yazdınız, cənab Prezident. Bu, Yeni Azərbaycan tarixidir. 30 il sonra yuxularımız gerçəkləşir. Buna görə xalqımız Sizi daim qəlbində yaşadacaqdır. Adınız qızıl hərflərlə tarix kitablarımıza yazılacaq, qəlblərimizə həkk olacaqdır. Siz, müstəqil və müasir Azərbaycanın əfsanəvi qəhramanı, Ulu Öndər məktəbinin layiqli varisisiniz. Sizin "Qarabağ Azərbaycandır!" şüarınız min illərin şüarı olacaqdır. Bu qətiyyətli şüarla, bir qəhrəman sərkərdə kimi başladığınız əməliyyatın uğuru və zəfərimiz daim yaşayacaqdır. Siz xalqın qürur mənbəyisiniz. Mən Sizinlə fəxr edirəm, cənab Prezidentim. Rəhbərliyinizlə silahlı qüvvələrimizin qəhrəmancasına döyüşərək, qanı və canı ilə alınan torpaqların böyük sevincini bölüşür, Sizi və Mehriban xanımı təbrik edirəm, uğurumuzun davamlı olmasını və bayrağımızı Şuşa və Xankəndidə dalğalandırmaq ümidi ilə ayrılıram.Eşq olsun Sizə, Ali Baş Komandanımız. Yaşasın müstəqil və müasir Azərbaycan!
Qarabağ Azərbaycandır!"
Biləsuvardan Orxan Qubadlı bildirib: "Hörmətli cənab Prezident, göstərdiyiniz qətiyyətə, xalqımız üçün etdiyiniz hər bir işə görə Sizə dərin minnətdarlığımı və sevincimi bildirirəm. Rəhbərlik etdiyiniz bir ölkədə yaşamaqdan qürur duyuruq. Hamımız yaxşı bilirik ki, indi Sizin üçün qayğılı bir vaxtdır. Amma böyükdən kiçiyə bütün insanlar Sizinlə birlikdədir.Torpaqlarımızın qaytarılmasını 30 il gözlədik və indi şərəfli bir yoldayıq. Xalqımız mübarizəmizdə sona qədər Sizinlədir. İnşallah, qələbə bizimlədir. Allah Sizi və əsgərlərimizi qorusun! Cənab Ali Baş Komandan, hər an silaha sarılıb Vətənimiz uğrunda vuruşmağa hazırıq".
Salyandan isə Xalidə İslamova qeyd edib: "Hörmətli cənab Prezident, ilk öncə Sizi salamlayır və əldə etdiyiniz nailiyyətlərə görə Sizi təbrik edirəm. Mən Salyan rayonundan yazıram. İstər bir dövlət başçısı və ya bir Ali Baş Komandan kimi öz üzərinizə düşən vəzifəni layiqincə və artıqlamasıyla yerinə yetirib, daim xalın arxasında olursunuz. Güclü siyasətiniz və dövlətə, millətə, Vətənə, xalqa olan dərin sevginizin gücündən çox uğurlu addımlar atıb, torpaqlarımızı yağı düşmənin əlindən alırsınız. Vətən demək, xalq deməkdir. Xalq isə torpaq deməkdir. Çünki bir xalq, millət və gələcək nəsillər bu torpaqlarda yetişir. Bu gün işğal altında olan torpaqlarımızı aldığınız və ərazi bütövlüyümüzü qoruduğunuz üçün Sizə çox minnətdaram".
Yevlax şəhərindən də Şakir İmanov Prezidentə yazıb: "Möhtərəm cənab Prezident, artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq və Sizin yanınızdayıq. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan Ordusu formalaşmışdır. Həmin siyasət və güclü Azərbaycan Ordusu ilə bütün işğal altında olan torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün bizə yaşatdığınız bu sevincə görə Sizə təşəkkür edirik.Cənab Prezident, bu gün hər birimiz bu Vətən Müharibəsində qələbə qazanmağımız üçün əlimizdən gələni edirik. Azərbaycan xalqı daim Sizinlə fəxr edib, edir və edəcək. Biz inanırıq ki, yaxın zamanda üçrəngli bayrağımız zəbt olunmuş torpaqlarımızda dalğalanacaq".
Siyəzəndən Xancan Hüseynov torpaqlarımızın alınması münasibətilə ölkə başçısını və şanlı Ordumuzu təbrik edib: "Bütün əsgər balalarımızı bağrıma basıram.Cənab Prezident, İnşallah, Şuşada, Cıdır düzündə Bayrağımızı ucaldaq, qoy Paşinyan və onun quldur dəstəsi görsün ki, Şuşada məclis qurub kabab yeməklə, orada rəqs etməklə Azərbaycan xalqına meydan oxumağın qarşılığı nə imiş!"
Laçın rayonundan məcburi köçkün Tapdıq Abbasov da Prezidentə öz minnətdarlığını çatdırıb: " Laçın rayonundan məcburi köçkünəm. Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışam. Ermənistan ordusunun vəhşiliyini öz gözlərimlə görmüşəm və mənim doğma Laçınım da erməni işğalı altındadır.Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə Azərbaycan xalqının tarixi, əzəli-əbədi torpağı olan Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan ordusunun işğalından azad olunacaqdır. Bundan ötrü əks-hücum əmriniz hamımızın ürəyindən oldu. İllərlə bu günün həsrətində olmuşam. Qələbəyə köklədiyiniz Azərbaycanın nizami Ordusu torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq göstərir, yenilməz əzmkarlıqla vuruşur. Siz ulu öndərimiz Heydər Əliyevin oğlusunuz. Ulu Öndərimizin adını, şərəfini uca tutursunuz, onun siyasi kursunu ləyaqətlə davam etdirirsiniz. Siz xalqımızın nicat yeri, döyünən ürəyisiniz. Uca Tanrı Sizi qorusun, Allah Sizə yar olsun. Hədsiz ürəkaçan işlər məhz Sizin rəhbərliyiniz sayəsində bərqərar olmuşdur. Xalq-dövlət birliyi, möhtəşəm Vətən sevgisi məhz Sizin müdrik siyasətinizin nəticəsidir. Müəllim işləmişəm. 73 yaşım var. Fəaliyyətim dövründə dərs dediyim şagirdləri elini-obasını, Vətənini, dövlətini sevən ruhda tərbiyə etmişəm. Onlar arasında Ordu sıralarında vuruşan, rayon, respublika səviyyəli kadrlar yetişmişdir. İndi Vətənimizdə müharibə gedir. Həmişə olduğu kimi, Vətən savaşında da Sizin arxanızdayam, bundan şərəf duyuram. Əsgərlərimizin yanında olmağa hazıram. Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə otuz illik Vətən həsrətimin sonu çox yaxındadır. Qələbə müjdəsi və Sizə cansağlığı arzulayıram. Uca Tanrı Sizi qorusun. Allah Sizə yar olsun".
Ağdaş rayonundan Samir İsrəfilov qeyd edib: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən Ağdaş rayon sakini olaraq 27 sentyabr tarixindən əzəli və əbədi düşmənlərimiz olan ermənilərin torpaqlarımızdan çıxarılması üçün şanlı ordumuza verdiyiniz əmrdən çox şad oldum. Rəhbərliyinizlə şanlı ordumuzun qələbə müjdəsini bizlərə çatdırmağınızdan ailəlikcə çox sevinirik. İnanıram ki, hamı kimi mənim də 30 illik Qarabağ həsrətimə Sizin komandanlığınızla son qoyulacaq. Möhtərəm Ali Baş Komandan, Qələbənin çox yaxında olduğuna və Qarabağ torpağına bir daha ayaq basacağıma inanıram. Allah Azərbaycan xalqını qorusun.
Qarabağ Azərbaycandır!"
Qazaxdan isə Könül Kərimova Prezidentə yazıb: "Hörmətli cənab Ali Baş Komandan,uzun illərdir ki, Azərbaycanımızın Qarabağ bölgəsi işğal altındadır. 27 ildən sonra doğma torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyiniz əmr bütün azərbaycanlılar kimi mənim də ürəyimcədir. Hər birimizin Sizin aldığınız qərarları dəstəklədiyimizi və yanınızda olduğumuzu demək istəyirəm. Bu çətin, eyni zamanda, şərəfli yolda Allah köməyimiz olsun. Allahın izni ilə yaxın zamanda bütün Azərbaycan xalqına böyük qələbə xəbəri verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik. Yaşasın Azərbaycan əsgəri!
Yaşasın cənab Ali Baş Komandan!"
Paytaxtdan Gözəl Xasıyeva bildirib: "Cənab Prezident İlham Əliyev, nəhayət ki, gözlədiyimiz gün gəldi, torpaqlarımızın azadlığı uğrunda Ordumuz ayağa qalxdı. Qələbə günü uzaqda deyil. Bir şəhid anası kimi, ən böyük arzum axır ki, gerçəkləşir: yağı düşmən Qarabağımızdan qovulur. Qarabağ azad olunan gün bütün şəhid ruhları bayram edəcək. Bu arzuma çatmağa da çox qalmayıb. Mən şəhid Milli Qəhrəman Samir Xasıyevin anasıyam. Ali Baş Komandanımız, Qələbə xəbərini Sizin elan edəcəyiniz günü səbirsizliklə gözləyirəm. Qələbə Bayrağını Qarabağda ucaltmaq şərəfinə Siz layiqsiniz, çünki məhz Sizin qətiyyətli, uzaqgörən siyasətiniz xalqımızı Qələbəyə qovuşduracaq.
Çox sağ olun, əziz Prezidentim!"