Yuxarı
    Bağlamaq

    Vəkillər Kollegiyası məhkəmə hakimini təltif edib

    Kollegiyanın rəhbərliyi Konstitusiya Məhkəməsində görüşdə olub© Report

    Bakı. 24 yanvar. REPORT.AZ/ Ötən gün Vəkillər Kollegiyasının (VK) rəhbərliyi Konstitusiya Məhkəməsində görüşdə olub.

    Kollegiyadan “Report”a daxil olan məlumata görə, görüş təsadüfi olmamaqla Konstitusiya Məhkəməsi Plenumunun həmin tarixdə keçirilən növbəti iclası ilə eyni vaxta təsadüf edib.

    Belə ki, ötən ilin dekabrında Konstitusiya Məhkəməsi məruzəçi-hakim Rafael Qvaladze olan “Ombudsmanın MPM-nin 157 və 158-ci maddələrinin Konstitusiyasının bir sıra maddələrinə uyğunluğunun yoxlanılmasına dair müraciəti”nə baxılması ilə bağlı iş üzrə VK-dan mütəxəssis qismində öz nümayəndəsinin göndərilməsini xahiş edib. Konstitusiya Məhkəməsinin tarixində ilk dəfə olaraq VK-nın nümayəndəsi mütəxəssis qismində Plenumun iclasına dəvət olunub. VK-nı iclasda mütəxəssis qismində Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev təmsil edib.

    Sonra VK-nın sədri Anar Bağırovun, sədr müavini Pərviz Ələkbərovun, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla Məhkəmənin hakim heyəti arasında görüş keçirilib.

    Görüşün əvvəlində Məhkəmənin sədri F.Abdullayev tərəfindən Azərbaycan Prezidentinin sərəncamı ilə təltif olunmuş R.Qvaladzeyə məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub. Daha sonra  hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, VK ilə əməkdaşlığa verdiyi töhfəyə və 70 illik yubileyi ilə əlaqədar olaraq, Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas R.Qvaladzeyə Rəyasət Heyətinin qərarı ilə verilmiş “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” diplomu da təqdim olunub.

    Görüşdə qurumlar arasında növbəti dövrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb, ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarında vəkillik institutunun rolu və əhəmiyyəti, vəkilliyin cari vəziyyəti, aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə A.Bağırovun fikirləri dinlənilib, Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev və digər görüş iştirakçıları tərəfindən bu istiqamətdə faydalı məsləhətlər verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi