Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib

Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişikliklər edib.
Daxili siyasət
12 Fevral , 2018 23:42
Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib

Bakı. 12 fevral. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişikliklər edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizədə imzalayıb.

Qərara əsasən "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli qərarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 9 yanvar tarixli 5 nömrəli qərarında 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatı” üzrə "Sosial ayırmalar" bölməsinə "İşsizlikdən sığortaya ayırmalar, İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı, İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər” əlavə edilib. 

Dəyişikliyə əsasən sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata, işsizlikdən sığortaya və sosial ehtiyaclara ayırmalara bölünüb. Sosial sığorta və işsizlikdən sığorta haqlarının ödənişi məcburi xarakter daşıyır və xüsusi fondların yaradılmasını nəzərdə tutur.

"Sosial ehtiyaclara digər ayırmalar”a edilən əlavələrə əsasən işsizlikdən sığortaya ayırmalar dedikdə, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilən pul məbləği, həmçinin bu Qanunla müəyyən edilmiş digər gəlirlərdən daxilolmalar nəzərdə tutulur. İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı sığortaedən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur.

İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı işləyənlərin hesablanmış əmək haqlarının 0,5 faizi miqdarında ödənilən işsizlikdən sığorta haqqını nəzərdə tutur.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər gəlirlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar istisna olmaqla, bu Qanunla müəyyən edilmiş digər mənbələr üzrə daxilolmaları nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi