Seçki prosesi demokratik qaydalara uyğun gedir.
Bunu növbədənkənar parlament seçkiləri ilə bağlı "Report" a danışan 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqədə olan uqandalı beynəlxalq müşahidəçi, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzvü Eyeru Javob deyib.
O bildirib ki, proses kifayət qədər şəffafdır: "Gördüklərim məni qane etdi".
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Foto: Ehtiram Cəbiyev