Yuxarı

TÜRK PA: Azərbaycanda ümumxalq səsverməsi beynəlxalq standartlara uyğun keçirilib

“Seçicilər azad şəkildə öz iradələrini ifadə etdilər”

Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) müşahidə missiyası Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi ilə bağlı mətbuat konfransı keçirib.

“Report”un xəbərinə görə, müşahidə missiyasının üzvü Jandos Asanov deyib ki, missiya ilk dəfə olaraq referendum seçkilərini müşahidə edib. 

O bildirib ki, müşahidə Bakının Yasamal və Nizami rayonlarındakı seçki məntəqələrində aparılıb və səsvermənin gedişini izləyiblər: “Ümumi nəticə qənaətbəxşdir. Bu səsvermə Azərbaycan xalqının iradəsini əks etdirir”.

Müşahidə missiyasının digər üzvü Haluk İpək isə qeyd edib ki, seçki uğurla keçirilib: “Bu, Azərbaycan xalqının iradəsidir. Seçkidə bəzi texniki qüsurlar aşkar olunub, amma bu, ümumi nəticəyə təsir etmir. Seçki beynəlxalq standartlara uyğun keçirilib. Seçicilər azad şəkildə öz iradələrini ifadə etdilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi