Yuxarı

Tovuz rayon Statistika İdarəsinə yeni rəis təyin olunub

Niyazi Tağıyev bu postda Qasım Hüseynovu əvəz edib

Tovuz. 12 iyun. REPORT.AZ/ Tovuz rayonu Statistika İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, Dövlət Statistika Komitəsi sədrinin müvafiq əmri ilə Niyazi Tağıyev bu vəzifəyə təyin edilib.

O, bu postda Qasım Hüseynovu əvəz edib.

Tovuzun Əlimərdanlı kəndində doğulan N.Tağıyev, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. O, yeni təyinata qədər həmin idarədə baş məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi