Təhsil şöbəsinin müdiri vəzifəsi Vətən müharibəsi qazisinə tapşırılıb

Təhsil şöbəsinin müdiri vəzifəsi Vətən müharibəsi qazisinə tapşırılıb Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri səlahiyyətlərinin icraçısı məlum olub
Daxili siyasət
657
26 May , 2021 20:07
Təhsil şöbəsinin müdiri vəzifəsi Vətən müharibəsi qazisinə tapşırılıb

Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri səlahiyyətlərinin icraçısı məlum olub.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, bununla bağlı mayın 26-da müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifə qurumun aparıcı məsləhətçisi Ağayev Ağaxan Çapar oğluna həvalə edilib.

Qeyd edək ki, A.Ağayev Vətən müharibəsi qazisidir. O,Azərbaycan Ordusunun ötən il sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edib.

O, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Cəsur döyüşçü" medalına layiq görülüb. Daha sonra təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən A.Ağayevə “II dərəcəli dövlət qulluqçusu” ixtisas dərəcəsi verilib.

Xatırladaq ki, bundan əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova olub.

Ağayev Ağaxan Çapar oğlu
Ağayev Ağaxan Çapar oğlu

Son xəbərlər

Orphus sistemi