Şuşanın 10 yaşlı sakini: Valideynlərim deyirdilər ki, biz mütləq yurdumuza qayıdacağıq

Şuşanın 10 yaşlı sakini: Valideynlərim deyirdilər ki, biz mütləq yurdumuza qayıdacağıq Valideynlərim həmişə mənə Şuşa barəsində danışırdılar. Deyirdilər, biz mütləq ora qayıdacağıq, səni İsa bulağına aparacağıq.
Daxili siyasət
30 İyul , 2024 08:37
Şuşanın 10 yaşlı sakini: Valideynlərim deyirdilər ki, biz mütləq yurdumuza qayıdacağıq

Valideynlərim həmişə mənə Şuşa barəsində danışırdılar. Deyirdilər, biz mütləq ora qayıdacağıq, səni İsa bulağına aparacağıq.

Bunları “Report”a açıqlamasında Şuşanın 10 yaşlı sakini Zəhra Quliyeva deyib.

“Şuşaya getməyimə çox sevinirəm. Hiss edirəm ki, öz yurduma qayıdıram. Sevincimin həddi yoxdur.

Şuşada yeni rəfiqələrim olacaq. Axır ki, bu şəhəri görə biləcəyəm. Orada məktəbə gedəcəyəm, təhsilimi davam etdirəcəyəm”, - Z.Quliyeva əlavə edib.

Z.Quiyeva qeyd edib ki, valideynləri Şuşanın gözəl təbiətini daim təsvir ediblər: “İgid əsgərlərimiz Şuşanı işğalçı ermənilərdən azad etdilər. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

Qeyd edək ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Şuşadan olan, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) - keçmiş məcburi köçkünlər birdəfəlik doğma şəhərə gediblər. Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə - 147 ailəyə çatıb.

Son xəbərlər

Orphus sistemi