Sumqayıtda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib
Daxili siyasət
- 08 noyabr, 2023
- 10:28
Sumqayıt şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə, əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü olub. Yürüşə məktəblilər də qoşulub.
Eyni zamanda şəhərdə Zəfər Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib. Gün ərzində Sumqayıt bulvarı ərazisində 11 min ağac əkilib.
Son xəbərlər
14:40
Nazir Badamdarda sürüşmə sahəsinə gedib
Hadisə14:35
Foto
Buraxılış imtahanı keçirilib, 4 şagirddə telefon aşkarlanıb - YENİLƏNİB
Elm və təhsil14:20
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır
İnfrastruktur14:19
Foto
Abşeronun icra başçısı yağışın problem yaratdığı ərazilərdə sakinlərlə görüşüb
Daxili siyasət14:09
İran Bəhreyndəki "Gulf Petrochemical Industries" şirkətinə zərbə endirib
Digər ölkələr14:00
İranda hava hücumuna məruz qalan tarixi abidələrin sayı açıqlanıb
Region13:57
Flikin rəhbərliyi altında "Barselona" 300 qol həddinə çatıb
Futbol13:41
Zelenski: Yaxın Şərqdə uzanan müharibə Ukraynaya dəstəyi zəiflədə bilər
Digər ölkələr13:20
Foto
Video