Azərbaycanda üç məhkəmə hakimi ömürlük vəzifə təyinatı alıb

Azərbaycanda üç məhkəmə hakimi ömürlük vəzifə təyinatı alıb Şirvan Apellyasiya Məhkəməsi sədri Ali Məhkəmənin hakimi təyin edilib
Daxili siyasət
6 May , 2016 11:05
Azərbaycanda üç məhkəmə hakimi ömürlük vəzifə təyinatı alıb

Bakı. 6 may. REPORT.AZ/ Milli Məclisin bugünkü plenar iclasında hakim təyinatları ilə bağlı məsələlərə baxılıb.

"Report" xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının təqdimatına əsasən Ali Məhkəmənin səlahiyyət müddəti aprelin 25-də başa çatan hakimləri İbayev Vəfaddin Ələm oğlu və Quliyev Zakir Müslüm oğlu yenidən əvvəlki vəzifələrinə təyin ediliblər.

Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin sədri Əsgərov Qürbət Ağa oğlu Ali Məhkəmənin hakimi təyin olunub.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali Məhkəmənin hakimlərinin bu təyinatları ömürlük xarakter daşıyır.

Ali Məhkəmənin səlahiyyət müddəti başa çatan hakimi Ağayev Rəşadət Əhməd oğlu isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Son xəbərlər

Orphus sistemi