Avrasiya Patent Təşkilatı çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddəti azaldılıb

Avrasiya Patent Təşkilatı çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddəti azaldılıb Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT) çərçivəsində sənaye nümunələrinin qorunması sisteminin yaradılması üzrə işçi qrupunun 4-cü iclası keçirilib.
Daxili siyasət
20 Dekabr , 2018 10:37
Avrasiya Patent Təşkilatı çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddəti azaldılıb
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT) çərçivəsində sənaye nümunələrinin qorunması sisteminin yaradılması üzrə işçi qrupunun 4-cü iclası keçirilib.

Azərbaycan Əqli Mülkiyyət Agentliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, APT-nin İnzibati Şurasının tapşırığı ilə keçirilən toplantıya Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın nümayəndələri qatılıb.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktor müavini Emil Məmmədov da iclasda iştirak edib.

Toplantıda APT çərçivəsində sənaye nümunəsi üzrə iddia sənədinin ekspertizası müddətinin azaldılması məsələsi və bir sıra digər dəyişikliklər müzakirə edilib və razılaşdırılıb. İşçü qrupunun qərarı ilə dəyişikliklərlə birlikdə razılaşdırılmış sənaye nümunələrinin qorunmasına dair Protokol dövlətdaxili prosudarların aparılması üçün APT üzv ölkələrinə göndərilməsi tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi