Yuxarı
    Bağlamaq

    Azərbaycanda deputat seçilən keçmiş məmurun yerinə təyinat olub

    Bu vəzifəyə Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib

    Bakı. 15 dekabr. REPORT.AZ/ Şəmkir Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. "Report" xəbər verir ki, Məleykə Əlizadə rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini təyin edilib. 

    Bununla bağlı sərəncamı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov imzalayıb. 

    M.Əlizadə rayon icra hakimiyyəti başçısının müavini təyin edilənədək Şəmkirdəki Heydər Əliyev Mərkəzinin direktoru işləyib.  

    Xatırladaq ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sona Əliyeva noyabrın 1-də keçirilən parlament seçkilərində deputat seçilib. Azərbaycan qanunvericiliyinə görə, Milli Məclisin deputatı dövlət qurumlarında vəzifə tuta bilməz. Ona görə də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bir müddət əvvəl S.Əliyevanı müavin vəzifəsindən azad edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi