Şəhid qardaşı: Onun məzarının artıq harada olduğunu bilmək bizim üçün təsəllidir

Şəhid qardaşı: Onun məzarının artıq harada olduğunu bilmək bizim üçün təsəllidir Qardaşı bu gün dəfn olunan şəhidin məzarının yerini bilməyin onlar üçün təsəlli olduğunu deyib.
Daxili siyasət
7 fevral 2025 12:08
Şəhid qardaşı: Onun məzarının artıq harada olduğunu bilmək bizim üçün təsəllidir
Yasin Məmmədov

Qardaşı bu gün dəfn olunan şəhidin məzarının yerini bilməyin onlar üçün təsəlli olduğunu deyib.

Bu barədə “Report”un Qərb bürosuna açıqlamasında fevralın 7-də Yevlax Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovun qardaşı Yasin Məmmədov danışıb.

Y.Məmmədov qardaşının taleyindən uzun müddət xəbərsiz olduqlarını bildirib:

“Qardaşım müharibənin qızğın vaxtlarında hərbi xidmətə gedib, xüsusi təyinatlı əsgər olub. Füzuli istiqamətində gedən döyüşlərdə onun olduğu mövqeyə mərmi düşüb, bundan sonra onun aqibətindən məlumatsız olmuşuq. Bir müddət sonra onun şəhid olduğunu öyrənsək də, harada dəfn edildiyini bilmirdik.

Şükür, onun nəşinin qalıqları tapıldı və artıq qardaşımın məzarının yerini bilirik. Bu, bizim üçün təsəllidir. Başda dövlət başçısı olmaqla, bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirik. Mən qardaşımla, Vətən uğrunda canından keçən bütün şəhidlərimizlə qürur duyuram”.

Orphus sistemi