Səfir: "Özbəkistan elektron vizanın tətbiqində Azərbaycan təcrübəsindən yararlanıb"

Səfir: "Özbəkistan elektron vizanın tətbiqində Azərbaycan təcrübəsindən yararlanıb" Şerzod Fayziyev: "Özbək mütəxəssislər sizin elektron viza sistemini öyrənmək üçün Azərbaycanda olublar"
Daxili siyasət
26 İyul , 2018 15:32
Səfir: Özbəkistan elektron vizanın tətbiqində Azərbaycan təcrübəsindən yararlanıb
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ "Özbəkistan elektron vizanın tətbiqində Azərbaycan təcrübəsindən yararlanıb. Belə ki, mütəxəssislərimiz elektron viza sisteminizi öyrənmək məqsədi ilə Azərbaycanda olublar".

"Report" xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev deyib.

Onun sözlərinə görə, son vaxtlar xeyli sayda Azərbaycan turizm şirkəti Özbəkistanda nümayəndəliklərini açmaq istəklərini bildirib.

"Bu, çox müsbət amildir. Bundan başqa, ilin ilk yarısında ölkəyə Azərbaycandan gələn turistlərin sayı, təxminən, 5 min nəfər olub. Ötən ilin analoji dövründə bu rəqəm təqribən 2 min idi", - diplomat vurğulayıb.

Səfir həmçinin əlavə edib ki, Azərbaycandan Özbəkistana turist axını nəzərə alındığından AZAL bu ilin payızına qədər Daşkənd istiqamətində uçuşların sayını artırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi