Yuxarı

Milli Şura parlament seçkiləri ilə bağlı qərarını açıqlayıb

Bu barədə qərar Koordinasiya Şurasının iclasında qəbul olunub

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Demokratik Qüvvələrin Milli Şurası bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək".

Bunu "Report"a açıqlamasında Milli Şuranın Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev deyib. 

O bildirib ki, bu barədə qərar Koordinasiya Şurasının iclasında qəbul olunub: "Azərbaycandakı mövcud vəziyyəti, seçki mühitini nəzərə alıb, bu addımı atdıq. Milli Şura parlament seçkilərində iştirak etməyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi