Milli Məclisin sədr müavini: "Seçki Məcəlləsində heç bir dəyişikliyə ehtiyac yoxdur"

Milli Məclisin sədr müavini: "Seçki Məcəlləsində heç bir dəyişikliyə ehtiyac yoxdur" "Hazırkı format ictimai-siyasi reallığa uyğundur"
Daxili siyasət
2 Fevral , 2015 14:14
Milli Məclisin sədr müavini: Seçki Məcəlləsində heç bir dəyişikliyə ehtiyac yoxdur

Bakı. 2 fevral. REPORT.AZ/ “Azərbaycan Seçki Məcəlləsində heç bir dəyişikliyə ehtiyac yoxdur. Ötən müddət ərzində keçirilən seçkilər də bunu bir daha sübut edib. Sadəcə, texniki dəyişiklər etmək mümkün ola bilər, lakin bütövlükdə dəyişikliyə ehtiyac yoxdur”. “Report” xəbər verir ki, bu fikirləri parlamentin vitse-spikeri Bahar Muradova MM-in bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Girov qoymaqla namizədliyin qeydə alınması məsələsinə toxunan vitse-spiker qeyd edib ki, ümumiyyətlə belə müddəanın olması mümkün deyil: “Çünki vaxtilə bu müddəa qüvvədə olanda müəyyən problemlər üzə çıxırdı. Heç bir sosial bazası olmayan namizəd müəyyən məbləğdə pul ödəyib mübarizəyə qoşulurdu. Bəzi hallarda da deputat seçilirdi. Seçildiyi müddətdə də eyni fəaliyyəti davam etdirirdi”.

Seçki komissiyalarının yenidən formalaşması məsələsindən də danışan B.Muradova deyib ki, hazırkı format ictimai-siyasi reallığa uyğundur.

O, həmçinin ATƏT-in Minsk qrupunun tərkibinin dəyişməsi təklifinə də münasibət bildirib: “Bu, yeni məsələ deyil. Sarqsyanın cani adlandırılmasına gəlincə, bu, bütün diplomatiyalarda istifadə olunan metoddur və bundan fəal istifadə etmək lazımdır. Əminəm ki, bir gün mütləq Sarqsyan kimilər ədalət məhkəməsi qarşısında cavab verəcək və öz cəzalarını alacaqlar”.

Son xəbərlər

Orphus sistemi