Salyanda Gənclər Günü tədbiri keçirilib 

Daxili siyasət
  • 02 fevral, 2022
  • 18:48
Salyanda Gənclər Günü tədbiri keçirilib 

Salyan rayonunda 2 fevral - Gənclər günü münasibətilə tədbir keçirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, tədbirdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak edib.

Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bu münasibətlə gəncləri təbrik edib, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulamış və əsası Ulu öndər tərəfindən qoyulmuş və bugün cənab Prezident tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışıb, Azərbaycan gəncliyinin istər pandemiya şərtləri çərçivəsində, istərsə də Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gəncə qiymətli hədiyyələr təqdim edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti