Sahil Babayev Hacıqabulda vətəndaşları qəbul edib
Daxili siyasət
- 31 yanvar, 2025
- 10:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edib.
Bu barədə "Report"a dövlət qurumundan məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Son xəbərlər
15:30
Lavrov: "3+3" formatında növbəti görüşün Azərbaycanda keçirilməsi məqsədəuyğundur
Digər
15:29
Pakistanda məktəb damının uçması nəticəsində 34 şagird həlak olub - yenilənib-2
Digər ölkələr
15:27
Lavrov: Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır
Digər ölkələr
15:26
Foto
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
Daxili siyasət
15:26
"Birbank Invest" vasitəsilə "EmbaFinans" BOKT istiqrazlarına investisiya etmək imkanı
Maliyyə
15:22
Lənkəranda QHT-lərə dəstək xarakterli proqramın icrasına başlanılıb
Daxili siyasət
15:20
Vicita Herat: Şri-Lanka AQEM-i dialoq üçün unikal platforma hesab edir
Xarici siyasət
15:16
İstanbulda aramsız yağışlar nəticəsində ölənlərin sayı 3-ə çatıb - yenilənib
Region
15:15
Hindistan AQEM-ə üzv dövlətləri terrorçuluqla birgə mübarizəyə çağırıb
Xarici siyasət