Saatlı rayonunda 50 çoxmənzilli binanın əsaslı təmirinə 3 milyon manat ayrılıb

Saatlı rayonunda 50 çoxmənzilli binanın əsaslı təmirinə 3 milyon manat ayrılıb Prezident İlham Əliyev Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Daxili siyasət
30 Mart , 2017 11:14
Saatlı rayonunda 50 çoxmənzilli binanın əsaslı təmirinə 3 milyon manat ayrılıb

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report”un məlumatına görə, sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Saatlı rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklərin baş verdiyi vurğulanıb. 

Əsas kapitala yönəldilmiş vəsaitin 23,5 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin 27,4 dəfə artdığı, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlərin həyata keçirildiyi, Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı Kompleksi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Rəsm Qalereyası, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 2 yaşayış binasının inşa edildiyi, Rayon Mərkəzi Xəstəxanası və Mədəniyyət Mərkəzinin əsaslı təmir olunduğu, təhsil və digər sosialyönümlü obyektlərin istifadəyə verildiyi diqqətə çatdırılıb. Həmçinin Saatlı şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulduğu, 29 kənddə sutəmizləyici qurğular quraşdırıldığı, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırıldığı, iri istehsal və emal müəssisələrinin yaradıldığı, 32 mindən çox yeni iş yerinin açıldığı, genişmiqyaslı abadlıq-quruculuq işlərinin görüldüyü bildirilib.

Saatlıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 50 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə imzalanan sərəncama əsasən rayonda çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi