Yuxarı

Rüstəm İbrahimbəyov Moskvaya qayıdıb

Onun yaxın müddətdə Azərbaycana qayıdacağı gözlənilir

Bakı. 28 mart. REPORT.AZ/ Qardaşının yas mərasimi üçün Bakıya gələn dramaturq Rüstəm İbrahimbəyov Moskvaya qayıdıb.

"Report"un əldə etdiyi məlumata görə, R.İbrahimbəyov martın 23-də qardaşı, xalq yazıçısı Maqsud İbrahimbəyovun yas mərasimindən bir neçə gün sonra ölkəni tərk edib.

Onun yaxın müddətdə Azərbaycana qayıdacağı da gözlənilir.

Qeyd edək ki, Azərbaycanın xalq yazıçısı M.İbrahimbəyov 81 yaşında dünyasını dəyişib. O, I Fəxri xiyabanda torpağa tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi