Ruhiyyə Kazımova: Şuşaya qayıdış Prezidentimizin siyasəti nəticəsində baş tutub

Ruhiyyə Kazımova: Şuşaya qayıdış Prezidentimizin siyasəti nəticəsində baş tutub Şuşaya böyük qayıdış Prezidentimizin siyasəti nəticəsində baş tutub.
Daxili siyasət
30 İyul , 2024 07:37
Ruhiyyə Kazımova: Şuşaya qayıdış Prezidentimizin siyasəti nəticəsində baş tutub

Şuşaya qayıdış Prezidentimizin siyasəti nəticəsində baş tutub.

Bunu “Report”a açıqlamasında Şuşa sakini, keçmiş məcburi köçkün Ruhiyyə Kazımova deyib.

O, qeyd edib ki, həyatının ən böyük sevincli anlarını yaşayır: “Şuşaya həyat yoldaşımla birlikdə qayıdırıq. İlk öncə bu günü bizə yaşatdığına görə Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımı bildirir, Allahdan ona can sağlığı arzulayıram”.

“Bütün şuşalıları təbrik edirəm, gözünüz aydın. İnşallah Şuşa tam dirçələcək, daha yaxşı inkişaf edəcək, abadlaşıb gözəlləşəcək. Böyük qayıdış Prezidentimizin siyasəti nəticəsində baş tutub. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı diləyirəm.

İxtisasca müəlliməm, gələcəkdə Şuşada özümü başqa cür təsəvvür edirəm. Fəaliyyətimi orda davam etdirəcəyəm. Artıq həyat yoldaşıma iş veriblər, orda işləyir. Şuşada əməyimi gələcək nəsilə tariximizi unutdurmamaq üzrə sərf edəcəyəm”, - R.Kazımova deyib.

Qeyd edək ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Şuşadan olan, respublikamızın müxtəlif ərazilərindəki yataqxana, sanatoriya, keçmiş pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 21 ailə (79 nəfər) - keçmiş məcburi köçkünlər birdəfəlik doğma şəhərə gediblər. Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 570 nəfərə - 147 ailəyə çatıb.

Son xəbərlər

Orphus sistemi