RİH başçısının müavini: "Bütün Xocalı sakinləri istəyir ki, Meşəlidə cinayət törədən şəxslər cəzalandırılsın"

RİH başçısının müavini: "Bütün Xocalı sakinləri istəyir ki, Meşəlidə cinayət törədən şəxslər cəzalandırılsın" "Bütün Xocalı sakinləri istəyir ki, Meşəlidə cinayət törədən şəxslər cəzalandırılsın".
Daxili siyasət
2 Avqust , 2023 09:00
RİH başçısının müavini: Bütün Xocalı sakinləri istəyir ki, Meşəlidə cinayət törədən şəxslər cəzalandırılsın

"Bütün Xocalı sakinləri istəyir ki, Meşəlidə cinayət törədən şəxslər cəzalandırılsın".

Bunu "Report"un Qərb bürosuna verdiyi müsahibədə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Vaqif Xaçaturyanın saxlanılması onu göstərir ki, Qarabağda törədilən qətliamların günahkarları gec-tez cəzalarını alacaqlar:

"Dövlət başçısının siyasəti nəticəsində şəhidlərimizin qisası alınır. Belə ki, Meşəli kəndində, daha sonra Xocalı rayonunda əli günahsız insanların qanına əli batmış Vaqif Xaçaturyanın Laçında saxlanılması xəbəri sevindiricidir. Beynəlxalq təşkilatların illərdir yerinə yetirmədiyi məsələlər dövlət başçısının iradəsi sayəsində həll olunur".

L.Qarayeva şəhid Yusifəli Qarayevin qızıdır. 1992-ci il soyqırımı zamanı Xocalıdan qaçan 250-ə yaxın dinc sakini müdafiə edən batalyonun 13 üzvündən biri olub. Onlar 3 gün meşədə qaldıqdan sonra əsir düşürlər. Sonra 13 döyüşçü ermənilər tərəfindən güllələnib.

Qeyd edək ki, V.Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ötən gün Meşəli soyqırımı şahidləri beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır.

Son xəbərlər

Orphus sistemi