Yuxarı

​Azərbaycan Demokratiya və Rifah Hərəkatı yenidən Ədliyyə Nazirliyinə müraciət edib

Qeydiyyatla bağlı sənədlər nazirliyə təqdim olunub

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınn dövlət qeydiyyatına alınması üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edilib.

ADR sədrinin müavini Ellada Məmmədli "Report"a bildirib ki, hərəkatın qeydiyyatla bağlı sənədləri nazirliyə təqdim olunub.

Onun sözlərinə görə, yanvarın 31-də ADR Hərəkatının Ali Məclisinin toplantısı keçiriləcək. 

Xatırladaq ki, hərəkat 2015-ci ilin fevralın 21-də təsis edilib. Təsis konfransında Müsavatdan xaric edilən başqanlığa sabiq namizəd Qubad İbadoğlu sədr seçilib. ADR-in dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilsə də, sənədlər geri qaytarılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi