Respublikaçı Alternativ Partiyasının təşəbbüs qrupu qurultayın keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib

Respublikaçı Alternativ Partiyasının təşəbbüs qrupu qurultayın keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib Müraciətdə Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, “Təbriz” və “Bakı” kinoteatrları istənilib
Daxili siyasət
2 Oktyabr , 2017 20:28
Respublikaçı Alternativ Partiyasının təşəbbüs qrupu qurultayın keçirilməsinə yer ayrılması üçün BŞİH-ə müraciət edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Respublikaçı Alternativ Partiyasının təşəbbüs qrupu təşkilatın təsis qurultayının keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

“Report”un xəbərinə görə, müraciətdə Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayı, “Təbriz” və “Bakı” kinoteatrları istənilib.

Qeyd edək ki, təsis qurultayının oktyabrın 29-da keçirilməsi planlaşdırılır, tədbirdə 400 nəfərin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi